İran Livanın milli danışıqlarını dəstəkləyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198561-İran_livanın_milli_danışıqlarını_dəstəkləyir
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İran İslam Respublikasının Livanın milli danışıqlarını dəstəklədiyini elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2015 17:05 Asia/Baku
  • İran Livanın milli danışıqlarını dəstəkləyir
    İran Livanın milli danışıqlarını dəstəkləyir

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İran İslam Respublikasının Livanın milli danışıqlarını dəstəklədiyini elan edib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, bir heyətin müşayiəti ilə Livana səfər etmiş Əlaəddin Brucerdi cümə günü bu ölkənin baş naziri Tamam Salamla görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada deyib: İran Livanın milli və daxili danışıqlarını dəstəkləyir.
Brucerdi ümidvarlıq edib ki, Livan parlamentinin sədri Nəbih Berrinin təşəbbüsü ilə başlanan Livan milli danışıqları tezliklə müsbət nəticələrə nail olacaq.
Livanın bir il yarımdır ki, prezidenti yoxdur və bu ölkə parlamenti indiyə qədər prezident seçə bilməmişdir.