Əl-Xəlildə daha bir fələstinli gənc şəhid oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198590-Əl_xəlildə_daha_bir_fələstinli_gənc_şəhid_oldu
Qərb Sahilinin cənubunda, əl-Xəlildə bir sionist qəsəbə sakini fələstinli bir gəncə tərəf atəş açaraq, onu şəhid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2015 10:53 Asia/Baku
  • Əl-Xəlildə daha bir fələstinli gənc şəhid oldu
    Əl-Xəlildə daha bir fələstinli gənc şəhid oldu

Qərb Sahilinin cənubunda, əl-Xəlildə bir sionist qəsəbə sakini fələstinli bir gəncə tərəf atəş açaraq, onu şəhid edib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, bu sionist qəsəbə sakini bu gün səhər əl-Xəlildə Mufid əl-Şəryati adlı 14 yaşlı fələstinlini güllələyərək, şəhid edib.

Bu fələstinli gəncin şəhid olması ilə ötən iki həftə ərzində şəhid olan fələstinlilərin sayı 40 nəfərə çatıb.

Bu arada informasiya vasitələri Qərb Sahilində fələstinlilərlə sionistlər arasında toqquşmaların davam etməsindən xəbər veriblər.

Sionist rejim hərbçiləri cümə günü "Qəzəb Cüməsi" günündə Qəzzə ilə sərhəd məntəqələrdə və Qərb Sahilində fələstinlilərə tərəf atəş açaraq, 5 nəfəri şəhid ediblər.

Fələstinin Qırmızı Aypara Cəmiyyəti şənbə günü bildirib ki, Fələstinin müxtəlif məntəqələrində oktyabr ayından başlanan xalq etirazları indiyə kimi 5 min fələstinlinin yaralanmasına səbəb olub.