Yəmənin raket hücumu Ərəbistanı şoka saldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198593-yəmənin_raket_hücumu_Ərəbistanı_şoka_saldı
Yəmən ordusu və xalq qüvvələrinin Ərəbistan ordusunun ən iri və mühüm hava bazasına olan ballistik raket hücumunda 66 zabit və 2 komandan həlak olub, 26 ədəd F-16 qırıcısı və hərbi helikopter məhv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2015 11:24 Asia/Baku
  • Yəmənin raket hücumu Ərəbistanı şoka saldı
    Yəmənin raket hücumu Ərəbistanı şoka saldı

Yəmən ordusu və xalq qüvvələrinin Ərəbistan ordusunun ən iri və mühüm hava bazasına olan ballistik raket hücumunda 66 zabit və 2 komandan həlak olub, 26 ədəd F-16 qırıcısı və hərbi helikopter məhv edilib.

Yəmənin əl-Ettehad Press informasiya portalının verdiyi məlumata görə, bəzi informasiya qaynaqları bu xəbəri verərək, bildiriblər: Yəmən ordusunun dünən Ərəbistanın Əsir vilayətində yerləşən Xəmis Məşit hərbi hava bazasına atdığı ballistik raket son dərəc yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik olub. Bu ballistik raket Ərəbistanın Xəmis Məşit bazasına ciddi zərər və ziyanlar yetirib. Raket zərbəsinin ardınca bazada başlayan partlayışlar 8 saat davam edib. Bazadan yüksələn alov və tüstü dumanı uzaq məsafədən müşahidə ediləsi olub.

Bu mənbələr həmçinin bildiriblər ki, bu hücumun zərərləri ilə bağlı ilkin hesablamalara görə, Ərəbistanın 17 ədəd F-16 qırıcısı və 9 ədəd Apaçi tipli helikopteri məhv edilib. Həmçinin, ballistik raket hücumu nəticəsində Ərəbistanın Xəmis Məşit hərbi hava bazasında olan iki raket platforması və bir böyük silah ambarı tamamilə dağıdılıb.
Hücumun insan tələfatına gəlincə isə müxtəlif dərəcəli 66 zabitin öldüyü və 299 zabitin də yaralandığı bildirilir.
Raket hücumu nəticəsində hərbi bazanın 83 işçisi də ölüb.
Hərbi bazada olan 2 yüksək rütbəli komandan da Yəmən ordusunun raket hücumu nəticəsində həlak olub. Amma, hələ ki, bu komandanların kimlikləri elan edilməyib.

Yəmən ordusu dünən səhər Skad tipli ballistik raket ilə Ərəbistanın Xəmis Məşit hərbi hava bazasını hədəfə alıb. Bu raketin buraxılması ilə bağlı təsvirlər daha sonra Yəmən ordusu və xalq qüvvələri tərəfindən yayımlanıb.

Yəmən ordusu, İsrailin Ərəbistanın Xəmis Məşit məntəqəsində yerləşən Xalid bin Əbdüləziz hərbi hava bazasına çoxlu sayda raket və hərbi sursat yerləşdirməsi barədə xəbərlərin yayılmasının ardınca, bu bazanı Skad tipli ballistik raket ilə hədəfə alıb.

Bu hücumun ardınca Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada Husilər və Əli Abdullah Salehin başçılıq etdiyi qüvvələrin mövqelərinə raket zərbələri endiriblər.
Yəmənin əl-Məsirə informasiya kanalı Sənadakı müxbirinə istinadla bildirib ki, Ərəbistan qırıcıları Sənanı qadağan olunmuş bombalarla bombardman ediblər.
Məhəmməd Əbdüssəlam əl-Minar informasiya kanalı ilə müsahibədə Yəmən olayları barədə deyib: Biz xarici təcavüzkarların Yəməndəki işğalçılıqlarını qəbul edə bilmərik. Bu işğalçı qüvvələr gey-tez Yəməndən çıxacaqlar.

O daha sonra deyib: Yəmənli qüvvələr ölkə daxilində və Ərəbistan ərazisində düşmənin bütün hədəflərini məhv etməyə qadirdirlər.

Əbdüssəlam həmçinin deyib: Yəmən ordusu indiyə kimi, Ərəbistanın bütün hücumlarına rəğmən öz raket potensialını qorumağı bacarıb və elə silahları var ki, hələ Yəmən ordusu onlardan istifadə etməyib.