Yəməndə əsir götürülən Ərəbistan hərbçilərinin sayı 4-ə yüksəldi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198631-yəməndə_əsir_götürülən_Ərəbistan_hərbçilərinin_sayı_4_ə_yüksəldi
Yəmən məbnələri 4-cü Ərəbistan hərbçisinin də ordu və xalq qüvvələri tərəfindən əsir alınmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2015 11:25 Asia/Baku
  • Yəməndə əsir götürülən Ərəbistan hərbçilərinin sayı 4-ə yüksəldi
    Yəməndə əsir götürülən Ərəbistan hərbçilərinin sayı 4-ə yüksəldi

Yəmən məbnələri 4-cü Ərəbistan hərbçisinin də ordu və xalq qüvvələri tərəfindən əsir alınmasından xəbər veriblər.

Yəmənin əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Yəmən müharibəsinin informasiya idarəsi şənbə günü Səudiyyə Ərəbistanı ordusunun çavuşu Faiz Məfrəh Abdullah Əsmərinin təsvirlərini yayımlayıb.

Faiz Əsməri oktyabrın birində Yəmən ordusunun Ərəbistanın Cazan vilayətində yerləşən Həsirə hərbi bazasına qarşı əməliyyatı zamanı əsir alınıb.

Bundan öncə də 3 Ərəbistan hərbçisi yəmənli qüvvələr tərəfindən əsir alınmışdı.

Yayımlanan video-görüntüdə ərəbistanlı çavuş həyatda olduğu barədə ailəsini məlumatlandırıb və yəmənli qüvvələrin onunla humanist davranışlarından razılıq edib.