Səudiyyə rejiminin Yəmənə qarşı hava hücumları davam edir
Okt 19, 2015 14:14 Asia/Baku
-
Səudiyyə rejiminin Yəmənə qarşı hava hücumları davam edir
Yəmənli mənbələr səudiyyə rejiminin Yəmənin cənub-şərqindəki Əlbiyza vilayətinə qarşı hava hücumlarınn davam etməsindən xəbər veriblər.
Sputnik xəbər agentliyinin məlumatına görə, səudiyyə rejiminin qırıcıları bazar günü gecə və bazar ertəsi günü Əlsəvadiyyə şəhərində Yəmənin rabitə mərkəzlərini hədəfə alıblar ki, nəticədə bu məntəqənin rabitə şəbəkəsinə böyük xəsarətlər dəyibdir.Bu məlumata görə, Sərə yüksəklikləri və Əlbiyza vilayətindəki Mikras məntəqəsinin müxtəlif hissələri də dəfələrlə Ərəbistan qırıcılarının hava hücumlarına məruz qalıblar.
Əlaləm telekanalı da yəmənli mənbələrə istinadla bildirib ki, səudiyyə rejiminin qırıcıları Səədə vilayətindəki Hidan məntəqəsini bir neçə dəfə kasset bombaları hədəfinə alıblar.
Digər tərəfdən, Yəməni mərkəzindəki Marəb şəhərinə tərəf irəliləməyə çalışan bu ölkənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin tabeliyində olan qüvvələr və muzdurların bir hissəsi Yəmən ordusunun əməliyyatında öldürülüb.
Teqlər