Qüdsdə təhlükəsizlik tədbirlərinin artması sionist qəsəbə sakinlərinin fələstinlilərin hücumlarından qorxularını artırıb
Okt 19, 2015 19:23 Asia/Baku
Bura, sionist qəsəbə məntəqələrindən biridir ki, indi fələstinlilərin şəhadətsevər hücumları qorxusundan onda yoxlama-buraxılış məntəqələri artır.
Fələstinli bir gəncin Ber Əlsəbəə şəhərindəki sionist qəsəbə sakinlərinə qarşı hücumundan bir neçə saat sonra. Bu fələstinli gənc ötən bir ayda sionistlərin fələstinlilərə qarşı cinayətlərinə etiraz olaraq, bu əməliyyatı həyata keçirib. Bu əməliyyatda İsrail rejimi ordusunun bir zabiti öldürülüb və daha səkkiz sionist yaralanıbdır.Məariyo qəzetinin yazdığına görə, sionistlərin üçdə ikisi işğal olunmuş Qüdsdəki sionist qəsəbələrin tam şəkildə boşaldılmasını istəyir.
Sionist rejim ordusu iyirmi gün bundan öncə və Məsciduləqsanı ələ keçirmək səyindən sonra 45 fələstinlini şəhid edib və azı 4700 nəfəri yaralayıbdır. Fələstinlilər geniş aksiyalarla sionistlərin işğal olunmuş Qüdsdən çıxmalarını tələb etdikləri ötən günlərdə vurğulayıblar ki, Qüdsi-Şərifin tam azad olunmasınadək müqavimətdən əl çəkməyəcəklər.
Fələstin Xarici İşlər Nazirliyi bir məlumatda sionistlərin fələstinlilərə qarşı qətli-amı və cinayətlərinin öncədən planlaşdırıldığını bildirərək, onun dayandırılmasını istəyibdir.