Yəmənli uşaq şəhadətdən öncə: Məni basdırmayın!
Okt 21, 2015 17:41 Asia/Baku
-
Yəmənli uşaq şəhadətdən öncə: Məni basdırmayın!
Yəmənli uşağın səudiyyə qırıcılarının hücumları nəticəsində şəhadətindən öncə həkimlərdən etdiyi xahişin video təsvirlərinin yayılması sosial şəbəkələrdə minlərlə istifadəçinin böyük kədərinə səbəb olub.
IRIB monitorinqinin məlumatına görə, altı yaşlı yəmənli uşaq Fərid Şövqinin video təsvirləri sosial şəbəkələrdə yayılıb. Bu təsvirlərdə o, xəstəxana çarpayısında yatıb və həkimlər onun yaralarını müalicə etməkdədirlər.Bu yəmənli uşaq səudiyyə qırıcılarının Təəz şəhərindəki evlərinə hücumunda baş və qol nahiyələrindən qəlpə yarası alıb.
Bu təsvirlərdə yəmənli uşaq sakit və yavaş səslə və gözlərindən yaş axa-axa yerli dildə həkimlərə deyir: Məni basdırmayın!
Yəmənli uşaq bu təsvirlərin çəkilməsindən bir neçə gün sonra şəhid olur.
Mövcud statistikalar və məlumatlara əsasən, indiyədək 500 nəfərini uşaqlar təşkil edən 2400-dən çox yəmənli səudiyyə qırıcılarının onların mənzillərinin bombardman edilməsində şəhid olub.
Teqlər