Okt 23, 2015 10:48 Asia/Baku
  • Taym: Ərdoğan hökuməti Türkiyədəki səbatsızlıqdan bəhrələnir
    Taym: Ərdoğan hökuməti Türkiyədəki səbatsızlıqdan bəhrələnir

Amerikada çıxan "Time" mətbuat orqanı Türkiyədəki son olaylara və Ankaradakı son terror hücumuna işarə edərək, yazır: Türkiyə hakimiyyəti ölkədəki gərginlik və səbatsızlıqdan faydalanmağa çalışır.

Time jurnalı yazır: Türkiyədəki öldürücü siyasi gərginlik 10 oktyabrda Ankara terror aktı ilə pik nöqtəsinə çatmış oldu.
10 oktyabrda Ankarada törədilən terror aktı zamanı 102 nəfər həyatını itirdi.
Time jurnalı daha sonra yazır: Türkiyə iyun ayında keçirilən parlament seçkilərinin bir koalisiya dövlətinin təşkil edilməsində uğursuzluğa uğramasının ardınca, gərginliyin şahididir.
Bu məlumata görə, hakim Ədalət və İnkişaf Partiyası bu ölkə prezidenti Rəcəb Təyyib Ərdoğanın başçılığı altında Parlamentdə çoxluğu itirmiş oldu. Bunun müqabilində Xalqların Demokratik Partiyası seçkilərdə 13% səs toplamağı bacardı.
Ərdoğan yeni hökumətin qurulmasında uğursuzluğa uğramasının ardınca, vaxtından əvvəl seçkilərin keçirilməsini istədi.
Time jurnalı yazır: Analitiklər bildirirlər ki, Ərdoğan ölkədə yaranmış gərginlikdən öz xeyrinə faydalana bilər. Yəni, xalqın gərginliklərə son qoymaq üçün Ədalət və İnkişaf Partiyasına səs verməsi mümkündür.
Bu mətbuat orqanı daha sonra Türkiyə olaylarına işarə edərək, yazır: 2013-cü ildə Türkiyədə hökumət ilə kürd separatçılar arasında bərqərar olan atəşkəs iyul ayında pozuldu. Türkiyə ordusu o zamandan terrorçu PKK qruplaşmasının Suriya və İraqdakı mövqelərini bombardman edir. PKK da qarşılıqlı olaraq, Türkiyədə terror aktları törədir.
Bu məlumata görə, kürdlər Ərdoğanı müzakirələrin nəticəsiz qalmasından faydalanaraq, seçkiöncəsi kürdlər əleyhinə hisləri qızışdırmaqda ittiham edirlər.
Time daha sonra yazır: Türkiyə dövləti Ankarada törədilən terror aktına görə İŞİD-in məsuliyyət daşıdığını bildirir. Halbuki, kürdlər təhlükəsizliyin təmin edilməsində aciz olmasına görə hakimiyyəti günahlandırır. Bəzi analitiklər isə baş verənlərin arxasında ifratçı millətçilərin durduğunu deyirlər.

Teqlər