Kərbəlada Aşura zəvvarlarının sayı 3 milyon nəfəri keçdi
Okt 24, 2015 11:06 Asia/Baku
İraqın Kərbəla şəhərində Hüseyn (ə) ziyarətgahının zəvvarlarının sayı 3 milyon nəfəri keçib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İraqın yerli rəsmiləri 3 milyon zəvvarın bu şəhərə daxil olduğunu bildirib və eyni zamanda Aşura günü günortaya qədər bu rəqəmin təxminən 5 milyon nəfərə çatacağını proqnoz edirlər.Bu məlumata görə, ötən gecə İmam Hüseyn (ə) ziyarətgahının ətrafında izdiham zirvəyə çatıb.
İraqın müxtəlif şəhərləri, xarici ölkələr, o cümlədən İrandan heyətlər dəstələr şəklində sinə vurub və əzadarlıq ediblər.
Builki əzadarlıq mərasimi Məhərrəm ayının 7-dən zirvəyə çatıb. İndiyə qədər heç bir təhlükəsizlik problemi yaranmayıb.
İraq rəsmiləri də bildiriblər ki, Aşura xüsusi təhlükəsizlik tədbiri üçün 20 mindən çox təhlükəsizlik qüvvəsi cəlb olunub.