İordan çayının qərb sahilində bir fələstinli qız şəhid olub
Okt 25, 2015 19:48 Asia/Baku
Sionistlər İordan çayının qərb sahilində bir fələstinli qızı şəhid ediblər.
Səhər Beynəlxalq Televiziyasının Fələstin əl-Youm xəbər telekanalına istinadla verdiyi məlumata görə, sionist hərbçilər bazar günü İordan çayının qərb sahilində əl-Xəlil şəhərində bir yoxlama-keçid məntəqəsi yaxınlığında sionist əsgərə hücum etmək niyyətində olması bəhanəsi ilə bir fələstinli qızı şəhid ediblər.Bu arada sionist Qüds Məsələləri Araşdırmalar Mərkəzi Qüds İntifazəsinin başlanmasından indiyə qədər təxminən 60 fələstinlinin İordan çayının qərb sahili və Qüdsdə şəhid olmasını qeyd edərək bildirib: Bu intifazənin 35% şəhidini uşaqlar, yeniyetmələr və 20 yaşdan aşağı gənclər təşkil edirlər.
Şəhidlərin əksəriyyəti Qüds-Şərifdəndir və onların sayı indiyə qədər 16 nəfərə çatıb.
Əl-Xəlil şəhəri də 14 şəhidlə ikinci sırada durur və digər şəhidlər İordan çayının qərb sahili və Qəzzə zolağındandırlar.
Qüds intifazəsi oktyabr ayının əvvəlindən fələstinlilərin İordan çayının qərb sahili, Qüds, Qəzzə zolağı və 1948-ci ildə işğal olunmuş ərazilərdə İsrail rejiminin işğalçılığına etirazla başlanıb.