Yəmən ordusu Ərəbistanın bir hərbi qayığını məhv etdi
Okt 26, 2015 07:01 Asia/Baku
-
Yəmən ordusu Ərəbistanın bir hərbi qayığını məhv etdi
Yəmən ordusu və xalq qüvvələrinin raket bölmələri Ərəbistan ordusunun bir ədəd hərbi qayığını bu ölkənin sahil sularında hədəfə alaraq, məhv ediblər.
Yəmənin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin bir hərbi rəsmisi bu barədə məlumat verərək, deyib: Bu hərbi qayıq bazar günü əl-Məxa limanı yaxınlığında raket ilə hədəfə alınaraq, məhv edilib.Bu mənbə əlavə edib: Ərəbistan bu hərbi qayıq ilə Yəmənin sahilyanı şəhər və kəndlərini hədəfə alırdır.
Ərəbistan və 9 digər ərəb ölkəsi ABŞ-ın himayəsi altında 26 mart 2015-ci il tarixindən Yəmənə qarşı hava hücumlarına başlayaraq, bu ölkənin sivil infrastrukturlarını o cümlədən məkətbə, xəstəxana, yaşayış binaları və digər infrastrukturları bambalayır.
İndiyə kimi bu hücumlar nəticəsində 22 min nəfərin öldüyü və yaralandığı bildirilir. Həlak olanlar arasında qadınlar və uşaqlar çoxluq təşkil edir.
Teqlər