Okt 27, 2015 12:31 Asia/Baku
  • Sionist rejim qırıcılarının Qəzzəyə hücumu
    Sionist rejim qırıcılarının Qəzzəyə hücumu

Sionist rejim qırıcıları Qəzzə zolağına hücum edərək, bir daha bu məntəqədə atəşkəsi pozublar.

IRIB-nin məlumatına görə, sionist rejim qırıcıları dünən gecə Qəzzə zolağının mərkəzində yerləşən Əlməğazi düşərgəsinin yaxınlığındakı bir rabitə qülləsini hədəfə alıblar.
Bu hücum nəticəsində həmin rabitə qülləsinə böyük xəsarətlər dəyib, amma hələ bu hücumda ehtimal olunan tələfat barədə məlumat yayılmayıb.
Fələstinli məsul şəxslərin sözlərinə görə, sioinst rejim daim Qəzzə yaxınlığındakı sionist qəsəbələrə qarşı atəşin açılması bəhanəsi ilə bu məntəqəni öz hücumları hədəfinə alır.
Sionist rejim parlamenti-knessetin üzvü Həyyem Yelin də bu rejimin baş naziri Benyamnin Netanyahunu Qəzzə zolağına qarşı hava hücumlarına görə, tənqid edib və deyib ki, o, keçmişdəki kimi təhrikedici hərəkətləri davam etdirir.
Sionist rejimin 2014-cü ildə Qəzzə zolağına qarşı hücumunun sonunda bu rejimlə Fələstinin müqavimət qrupları arasında Misirin vasitəçiliyi ilə imzalanmış razılaşmaya əsasən, sionist tərəf Qəzzəyə qarşı hər cür hücumdan çəkinməlidir, amma bu rejim daim müxtəlif bəhanələrlə həmin razılaşmanı pozur.

Teqlər