Terrorçuların Suriyanın şimalına qarşı mərmi hücumu
Okt 27, 2015 14:42 Asia/Baku
-
Terrorçuların Suriyanın şimalına qarşı mərmi hücumu
Suriyanın təhlükəsizlik mənbələri terrorçuların bu ölkənin şimalındakı Hələb şəhərinə qarşı mərmi hücumundan xəbər veriblər.
Suriyanın rəsmi xəbər agentliyinin məlumatına görə, bu ölkədəki bir hərbi mənbə deyib ki, terrorçular çərşənbə axşamı günü Hələbə iki mərmi atıblar; nəticədə dörd suriyalı ölüb, otuzdan çox insan da yaralanıbdır.Terrorçular ötən cümə axşamı günü də Hələb şəhərinin baş küçələrindən olan Əlnil küçəsinə hücum edərək, üç suriyalını qətlə yetirmişdilər.
Suriyanın Hələb şəhərinə qarşı terror hücumları elə bir şəraitdə baş verir ki, təqribən bir həftə bundan öncə Suriyanın ordusu və xalq qüvvələri Hələb vilayətinin cənubunda geniş hücuma başladılar; nəticədə bu məntəqənin təqribən yüz iyirmi kvadrat kilometri və əlliyə yaxın qəsəbə, kənd və əkin sahəsi terrorçulardan azad edildi.
İŞİD terrorçuları Amerikanın, həmçinin Ərəbistan, Qətər və Türkiyə daxil olmaqla bəzi region ölkələrinin himayəsi ilə 2011-ci ildən bəri region ölkələrində, xüsusən İraq və Suriyada hövlnak cinayətlər törədiblər.