Okt 30, 2015 12:30 Asia/Baku
  • Terrorçuların İraqa hücumu 5 milyon nəfərin didərgin düşməsi ilə nəticələnib
    Terrorçuların İraqa hücumu 5 milyon nəfərin didərgin düşməsi ilə nəticələnib

İraq rəsmisi İŞİD terror qruplaşmasının bu ölkəyə hücumu nəticəsində 5 milyondan çox insanın didərgin düşdüyünü bildirib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İraq Parlamentinin Didərginlər və Miqrantlar komissiyasının üzvü İosif Səlivə bildirib: İŞİD terror qruplaşmasının 2014-cü ildə İraqa hücum etdiyi zamandan indiyə qədər 5 milyondan çox iraqlı didərgin düşüb.
İosif Səlivə əlavə edib: Hazırda 2-3 milyon iraqlı İraqdan kənarda, Türkiyə, İordaniya və Livandadır və qalanı isə İraqda didərgindir.
Hazırda milyonlarla iraqlı İraqda, hətta öz şəhərlərində didərgindir. Onlar həyatlarını, iş yerlərini, hətta avtomobillərini atıb qaçıblar. Evləri də İŞİD-in hücumundan 1 il yarım sonra ən pis şəraitdədir.

Teqlər