İraqın könüllü qüvvələri yeni nailiyyətlər əldə ediblər
Okt 30, 2015 13:13 Asia/Baku
-
İraqın könüllü qüvvələri yeni nailiyyətlər əldə ediblər
İraq ordusu və könüllü qüvvələrinin hücumlarında çoxlu sayda terrorçu öldürülüb.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, İraq könüllü qüvvələri Təllal Həmrin məntəqəsinin Əlas və Əcil neft yataqlarında İŞİD terror qruplaşmasına güclü hücumlar edib və çoxlu sayda terrorçunu öldürüblər.İraq könüllü qüvvələri Səlahəddin vilayətinin şimalında Məhkul dağlarında İŞİD terrorçularının hücumunu dəf ediblər.
Səlahəddin vilayətində Dəclənin şərq bölgələrində İraq könüllü qüvvələri ilə İŞİD terrorçuları arasında baş verən toqquşmada bir terrorçu öldürülüb, onlarla terrorçu da yaralanıb.
İraq ordusu və könüllü qüvvələri həmçinin Samirranın qərbindəki bölgələri tamamilə İŞİD terrorçularından geri alıblar.
Samirranın qərbindəki bölgələrdə, həmçinin Təl Həmrində terrorçularla baş verən toqquşmada çoxlu sayda terrorçu məhv edilib.
İraqın Hərbi Hava Qüvvələri də terrorçuların toplaşdığı məkanlara hücum edərək bir qrup terrorçunu öldürüblər.
Həmçinin İraqın Müştərək Təhlükəsizlik Qüvvələri əl-Anbar vilayətinin Şərqi Həsibə, Bufərac və Cərayişi bölgələrində İŞİD bazalarını məhv ediblər.
İraqın kürd peşmərgə qüvvələri də əl-Müsənna və Məsk əl-Əbrac obyektlərinin əlaqə yolunu azad edib və 14-dən çox terrorçunu öldürüblər.