Yəməndə onlarla ərəbistanlı ölüb və yaralanıb
Okt 30, 2015 11:04 Asia/Baku
-
Yəməndə onlarla ərəbistanlı ölüb və yaralanıb
Yəmən mənbələri bu ölkənin qərbində onlarla ərəbistanlı hərbçinin öldüyünü və yaralandığını bildiriblər.
Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin xəbər portalına istinadla verdiyi məlumata görə, Yəmənin hərbi rəsmiləri bildiriblər: Yəmən ordusu qüvvələri xalq könüllü qüvvələrlə birlikdə qərbdə Marib vilayətinin Sərvah məntəqəsində ərəbistanlı hərbçilərin hücumlarını dəf etdikləri zaman onlarla ərəbistanlını öldürüb və yaralayıblar.Yəmən ordusu qüvvələri bu əməliyyatda 15 ərəbistanlını əsir götürüblər.
Yəmən ordusu və xalq qüvvələri həmçinin Ərəbistanla sərhəddə yerləşən Nəcran və Əsir bölgələrində ərəbistanlı hərbçilərin mövqelərini raketlə atəşə tutublar.
Digər tərəfdən Səudiyyə Ərəbistanının qırıcı təyyarələri və arsenalı Sədə vilayətinin şimalında əl-Bəq bölgəsini bombardman ediblər.
Ərəbistanın Yəmənin cənubunda Təiz şəhəri yaxınlığında ərzaq sənayesi şirkətinin işçilərii daşıyan avtobusa hava hücumunda 7 işçi həlak olub, onlarla nəfər də yaralanıb.
Yəmənin hərbi dairələri bu ölkə daxilində muzdluların qadağan olunmuş bombalarla Ərəbistan tərəfindən təchiz olunduğunu bildirib və deyiblər: Ərəbistan İtaliya aeroportlarından birinin köməyi ilə qadağan olunmuş bombaları muzdlular üçün Yəməndə əl-Ənd bazasına göndərir.
Teqlər