Okt 30, 2015 17:18 Asia/Baku
  • Sionistlərin hücumunda daha iki fələstinli şəhid olub
    Sionistlərin hücumunda daha iki fələstinli şəhid olub

Sionist hərbçilər İordan çayının qərb sahilində daha iki fələstinlini atəş açaraq şəhid ediblər.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, sionist işğalçılar cümə günü İordan çayının qərb sahilində Nablosun cənubunda yerləşən Zətəra yoxlama keçid məntəqəsi yaxınlığında iki fələstinli gənci atəşə tutublar. Onların bu cinayəti nəticəsində bu iki fələstinli şəhid olub.
Sionist hərbçilər bu iki fələstinlini soyuq silah gəzdirmək bəhanəsi ilə hədəfə alıblar.
Bu iki fələstinlinin şəhid olması ilə Qüds İntifazəsi başlandıqdan sonra şəhid olan fələstinlilərin sayı 71 nəfərə çatıb və bir qrup da yaralanıb.
Son həftələrdə sionist rejimin əl-Əqsa məscidində fələstinlilərə qarşı kobudluqları, İsrail rejiminin kənd təsərrüfatı naziri və onu müşayiət edən heyətin bu məscidə daxil olması və sionistlər tərəfindən onun zaman və məkana bölünməsi ilə bağlı söyləntilər Qüds intifazəsinin başlanması ilə nəticələnib.
Bu arada İordan çayının qərb sahili və işğal olunmuş Qüdsdə sionist hərbçilərlə fələstinlilər arasında qanlı toqquşmalar baş verib. Bu toqquşmalar cümə namazından sonra Ramullah, Əlbirə, əl-Xəlil, Beyt-Ləhm, Qilqiliya və Qüds şəhərlərində baş verib.
Digər tərəfdən Qəzzə zolağının cənubunda Xanyunus sakinləri Qüds intifazəsinə dəstək üzrə küçələrə axışıb və irimiqyaslı aksiya keçiriblər. Bu aksiyalar Fələstin İslami Müqavimət Hərəkatı Həmas və İslami Cihad Hərəkatının çağırışı əsasında baş tutub.
Sionist rejim hərbçiləri Ramullah şəhərinin şərqində fələstinlilərin bir neçə kəndini hərbi məntəqə elan ediblər. Şahidlərin bildirdiyinə görə, işğalçı hərbçilər ötən gecə Ramullahın şərq kəndlərini tam mühasirəyə alaraq basqın ediblər. və ticarət, iaşə obyektlərini araşdıraraq bütün kadrları müsadirə ediblər.
Sionist hərbçilərin bu kəndlərə hücum etmələri nəticəsində fələstinli gənclər daş və molotof kokteyli ataraq onlarla toqquşublar. Hərbçilər gəncləri uzaqlaşdırmaq üçün onlara doğru gözyaşardıcı qazdan istifadə edib və atəş açıblar.
Sionist hərbçilər həmçinin Ramullahın şərqində Silvad şəhərciyinin bütün girişlərini bağlayıb və bu məntəqələrdə hərbi yoxlama-keçid mərkəzləri yaradıblar.
Sionist İsrail rejimi ordusu həmçinin Ramullahla Nablos şəhərləri arasında yoxlama-keçid məntəqəsi yaradıb və bütün keçən avtomobillər və sərnişinlərin kimliklərini ciddi şəkildə yoxlayırlar.
Bu arada sionist hərbçilər işğal olunmuş Qüdsün əl-Tur kəndinə basqın edərək fələstinlilərin bu kəndə giriş-çıxışının qarşısını alıb və iki gənci həbs ediblər.

Teqlər