Okt 31, 2015 18:02 Asia/Baku
  • Oktyabrın sonuna qədər 1520 fələstinli həbs olunub
    Oktyabrın sonuna qədər 1520 fələstinli həbs olunub

Fələstinli Əsirlərin Məsələlərinin Araşdırılması Mərkəzi şənbə günü bildirib: Sionist hərbçilər oktyabr ayının sonuna qədər 1520 fələstinlini həbs ediblər.

Səhər Beynəlxalq Televiziyasının Fələstin əl-Youm xəbər portalına istinadla verdiyi məlumata görə, Fələstinli Əsirlərin Məsələlərinin Araşdırılması Mərkəzi bildirib: Həbs olunanların 60%-ni uşaqlar təşkil edirlər.
Bu mərkəz həbs olunanların əksəriyyətinin Beytül-Müqəddəs sakini olduğunu qeyd edərək bildirib: Qeyd olunan müddət ərzində qeyri-hüquqi idarə həbslərin sayı kəskin şəkildə artıb. Belə ki, oktyabrın sonuna qədər belə həbslərin sayı 500 nəfərə çatıb.
Həbs olunan uşaqların sayı 350 və fələstinli nümayəndələrin sayı 5 nəfər elan olunub.
Bu qurumun bildirdiyinə görə, sionist rejim ordusu tərəfindən həbslərin sayının yuxarı olması sionist başçılar tərəfindən tənzimlənən proqrama əsasən həyata keçirilən kütləvi cəzaların olduğunu göstərir və bütün yaş qruplarına şamil olur.
Fələstinli Əsirlərin Məsələlərinin Araşdırılması Mərkəzi öz hesabatında əlavə edib: Sionist rejimin həbsxanaları məhbusla doludur. Belə ki, sionist başçılar Beytül-Müqəddəsin Cəfun həbsxanasında uşaqlar üçün yeni kameralar açıblar.
Bu mərkəz həmçinin sionist rejim həbsxanalarında məhbus həyatı yaşıyan qadınların sayını 40 nəfər elan edib. Onlardan dördü sionist rejim xəstəxanalarındadır.

Teqlər