Ərəbistanın Yəməndəki cinayətləri barədə dünya sükutunun qınanılması
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199133-Ərəbistanın_yəməndəki_cinayətləri_barədə_dünya_sükutunun_qınanılması
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2015 07:20 Asia/Baku
  • Ərəbistanın Yəməndəki cinayətləri barədə dünya sükutunun qınanılması
    Ərəbistanın Yəməndəki cinayətləri barədə dünya sükutunun qınanılması

Yəmənin Ali İnqilab Komitəsinin sədri BMT və dünya KİV-lərinin Ərəbistanın cinayətlərinə göz yummasını qınadı.
Yəmənin Səba informasiya agentliyinin verdiyi məlumata görə, Məhəmməd Əli əl-Husi şənbə günü BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Paulo Limbo ilə görüşdə deyib: Yəmən xalqı BMT-nin Ərəbistanın cinayətləri qarşısındakı etinasızlığına görə naümid və qəzəblidir.
Əl-Husi Ərəbistan və müttəfiqlərinin hücumları və mühasirəsi nəticəsində Yəməndə insani durumun faciəli vəziyyətinə işarə edərək, deyib: bu hücumlar xalqın vəziyyətini daha artıq böhranlı və çətin edib.
Yəmənin Ali İnqilab Komitəsinin sədri əlavə edib: Sədə vilayətində Sərhədsiz Həkimlər Təşkilatının xəstəxanasına edilən hücum bütün beynəlxalq qanunlar və insani dəyərlərin Ərəbistan və müttəfiqləri tərəfindən aşkar formada pozulmasının nişanəsi idi.
Əl-Husi Yəmən xalqının BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyxin mövqeyindən narazı olmasına işarə edərək, deyib: Vələd Şeyx Yəmənə hücum edən ölkələrin sözçüsünə çevrilib və Ərəbistanın planlarının həyata keçirilməsinə çalışır.
BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru Paulo Limbo da bu görüşdə Yəmənə istənilən yardımların edilməsinə hazır olduğunu bildirib və Ərəbistanın Yəmən xalqına qarşı cinayətlərindən təəssüfləndiyini deyib.