Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199141-Ərəbistan_qırıcılarının_yəmənə_hücumları_davam_edir
Ərəbistan qırıcıları şənbə günü də Yəmənin müxtəlif məntəqələrini bombardman edərək, bir qrup sivil vətəndaşı öldürüb və yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2015 09:48 Asia/Baku
  • Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir
    Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir

Ərəbistan qırıcıları şənbə günü də Yəmənin müxtəlif məntəqələrini bombardman edərək, bir qrup sivil vətəndaşı öldürüb və yaralayıblar.

Yəmənin əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcılarının şənbə günü axşam Şəbuh vilayətində Bəyhan və Marət vilayətində Sərvah məntəqələrinə olan h ücumlarında bir neçə sivil ölüb və yaralanıb. Həmçinin, onlarla yaşayış evinə ciddi zərər və ziyanlar dəyib.
Əl-Aləm kanalı da bildirir: Şənbə günü axşam saatlarında Ərəbistan qırıcıları Yəmən əl-Hədidə və əl-Həccə vilayətlərinə qarşı 30-dan artıq hücum həyata keçirib.
Əl-Məyadin informasiya kanalı isə bildirir ki, Ərəbistanın hava hücumlarına və terrorçuların hücumlarına rəğmən, Təiz vilayətinin mühüm məntəqələri hələ də Yəmən ordusu və xalq qüvvələrinin nəzarəti altındadır.
Bu arada Yəmənin ordu və xalq qüvvələri ölkənin şimalında, Sədə vilayətində Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyasına məxsus bir ədəd pilotsuz uçan aparatı vuraraq, yerə salıblar.