Türkiyədə seçkilər güclü təhlükəsizlik tədbirləri ilə yanaşıdır
Noy 01, 2015 14:00 Asia/Baku
Türkiyə dövləti Parlament seçkilərinin təhlükəsizliyini təmin etmək üçün 385 min təhlükəsizlik qüvvəsini səfərbər edib.
İRNA-nın məlumatına görə, Türkiyənin Daxili İşlər Nazirliyi seçkilərin təhlükəsizliyini təmin etmək üçün 385 min təhlükəsizlik qüvvəsinin səfərbər edilməsindən xəbər verərək, seçkilərin gedişində pozuntulara yol verilməyəcəyini bildirib.Türkiyə DİN-i bildirir ki, İstanbulda 37 min, Ankarada 12 min, İzmirdə isə 9 min təhlükəsizlik qüvvəsi seçkilərin təhlükəsizliyini təmin etməklə məşğuldur.
Türkiyə DİN-i hələ bir neçə gün öncədən polis və jandarma qüvvələrinin bütün icazə və istirahətlərini ləğv edərək, bütün qüvvələri səfərbər edib.
Ötən 3 ay ərzində Türkiyənin şərqi və cənub-şərqində ordu və təhlükəsizlik qüvvələrinin PKK yaraqlılarına qarşı əməliyyatları genişlənib.