Ərəbistanın Yəmənə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199292-Ərəbistanın_yəmənə_hücumları_davam_edir
Xəbər mənbələri Ərəbistan qırıcılarının Yəmənin şimal bölgələrinə hücumlarının davam etməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2015 12:59 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumları davam edir
    Ərəbistanın Yəmənə hücumları davam edir

Xəbər mənbələri Ərəbistan qırıcılarının Yəmənin şimal bölgələrinə hücumlarının davam etməsindən xəbər veriblər.

Yəmənin əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcıları Sədə vilayətinin rabitə şəbəkəsini 4 dəfə bombardman ediblər. Bu hücumlar ciddi zərər və ziyanlara səbəb olub.
Ərəbistan muzdurları isə Yəmənin cənub-qərbində yerləşən Təiz şəhərinə hücum edərək, 11 nəfəri qətlə yetiriblər.
Yəmən ordusu və xalq komitələri qüvvələri isə Ali-Səud rejiminin cinayətlərinə cavab olaraq Ərəbistan ordusunun bir hərbi bazasını Cizan vilayətində artilleriya atəşinə tutublar. Bu hücum nəticəsində bir qrup ərəbistanlı hərbçi həlak olub.
Yəmən ordusu və xalq komitələri qüvvələrinin Ərəbistanın cənub vilayətlrində müxtəlif istiqamətlərdən həyata keçirdikləri əməliyyatlar davam edir.
Yəmənin sərhədlərindən kənarda, yəni Ərəbistanın Cizan, Nəcran və Əsir vilayətlərində ordu və xalq qüvvələri ilə Ərəbistan hərbçiləri arasında toqquşmalar hələ də davam edir və indiyə kimi düşmən tərəfə ağır zərər və ziyanlar vurulub.
Əl-Aləm kanalı da bu barədə bildirir: Yəmənin ordu və xalq qüvvələri bu gün cümə axşamı Ərəbistanın bir ədəd təcavüzkar qırıcı təyyarəsini Yəmənin Səna vilayətində, Bilad əl-Rus məntəqəsində vurublar.