Yəmənin Təiz vilayətində səudiyyəli təcavüzkarlar öldürülüb
Noy 06, 2015 06:35 Asia/Baku
-
Yəmənin Təiz vilayətində səudiyyəli təcavüzkarlar öldürülüb
Yəmən ordusu və xalq qüvvələri ilə toqquşmada onlarla səudiyyəli təcavüzkar muzdlu öldürülüb.
Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, səudiyyəli təcavüzkar muzdluların Yəmənin cənubunda Təiz vilayətinin əl-Zəbab məntəqəsinə hücumu Yəmən ordusu və xalq qüvvələri ilə ağır toqquşma ilə nəticələnib. Toqquşma nəticəsində onlarla ərəbistanlı muzdlu öldürülüb.Ərəbistan muzdluları səudiyyəli təyyarələrin onlar üçün gətirdikləri silahları aldıqdan sonra Təizdə əməliyyata başlayıblar. Lakin yəmənli qüvvələrin sayıqlığı nəticəsində bu məkrli plan zərərsizləşdirilib.
Yəmən ordusu və xalq qüvvələri həmçinin Şibvə vilayətinin Bihan şəhərində strateji mövqelərdən birində təhlükəsizliyi bərqərar ediblər.
Teqlər