Ərəbistan xalqı Qətifdə aksiya keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199329-Ərəbistan_xalqı_qətifdə_aksiya_keçirib
Ərəbistan xalqı Qətif vilayətinin Əvamiyyə məntəqəsində Ali-Səud rejiminə qarşı aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2015 13:00 Asia/Baku
  • Ərəbistan xalqı Qətifdə aksiya keçirib
    Ərəbistan xalqı Qətifdə aksiya keçirib

Ərəbistan xalqı Qətif vilayətinin Əvamiyyə məntəqəsində Ali-Səud rejiminə qarşı aksiya keçirib.

Press TV-nin məlumatına görə, aksiya iştirakçıları bu ölkənin şiə ruhanisi Şeyx Nimr Baqir Əlnimrə qarşı edam hökmünün çıxarılmasını pisləyiblər.
Etirazçılar deyirmişlər ki, Şeyx Nimr və digər ərəbistanlı fəallar üçün çıxarılmış hökm ədalətsiz hökmdür və bu hökm ləğv və Şeyx Nimr tez bir zamanda azad olunmalıdır.
Ərəbistan Ali Məhkəməsi bir neçə gün bundan öncə Şeyx Nimrə qarşı hökmü təsdiq edib.
Hələ Ərəbistan kralı bu hökmü təsdiq etməyibdir.
Şeyx Nimr 2012-ci ildə Qətif məntəqəsində həbs olunub. O, ölkənin təhlükəsizliyini zəiflətmək və xalqı kobudluğa təhrik etmkdə ittiahm olunur.
Şeyx Nimrin həbsi Ərəbistanda və digər ölkələrdə geniş etirazlarla üzləşib. İnsan haqları sahəsində fəal olan qruplar da bu hökmə etiraz ediblər.