Bəhreyndə qanunsuz həbslər davam edir
Noy 07, 2015 16:35 Asia/Baku
Bəhreyn İnsan Haqları Mərkəzinin üzvü bu ölkədə altı uşağın həbsindən xəbər verib.
Əlaləm telekanalının xəbər portalının məlumatına görə, Bəhreyn İnsan Haqları Mərkəzinin üzvü Hüseyn Rəzi öz internet səhifəsində yazıb: Ali-Xəlifə rejiminin baş prokurorunun göstərişinin ardınca Əlqəriyyə kəndində altı uşaq tutulub və anti-hökumət aksiyası keçirmək ittihamı ilə həbs cəzasına məhkum edilib.Bəhreyn İnsan Haqları Mərkəzi bir daha uşaqların həbsi və zalımcasına həbs siyasətinin təcili olaraq dayandırılmasını istəyərək, bu ölkədəki bütün siyasi məhbusların azad edilmələri vacibliyini vurğulayıb.
Bəhreyndə hüquqi və humanitar təşkilatlar da daim qanuni yaşdan aşağı uşaq və yeniyetmələrin həbs edilmələrinə etiraz edir və onu, uşaqların təlim-tərbiyəsinin gələcəyində buraxacağı mənfi təsirlərə görə pisləyirlər.
Bəhreyn daxili işlər nazirliyinin tabeliyində olan bir qrup qüvvə maskalı şəkildə təhlükəsizlik orqanlarının məmurları ilə yanaşı ötən çərşənbə axşamı günündən bəri onlarla bəhreynlini, o sıradan üç uşağı bu ölkənin müxtəlif məntəqələrində həbs ediblər.
Bəhreynli siyasi fəallara qarşı zalımcasına hökmlərin çıxarılmasının davam etməsi elə bir haldadır ki, müxalif bəhreynli qruplar hazırda Bəhreynə hakim kəsilmiş rejimin məhbəslərində 150 nəfər əbədi həbs cəzasına məhkum olunmaqla, təqribən on min siyasi etirazçının saxlanıldığını vurğulayırlar.
Həbs olunanlar arasında 150 uşaq da var və vətəndaşlardan 200 nəfər də təhlükəsizlik qüvvələrinin zorakılığı və işgəncələri ucbatından şikəst olubdur.