Yəmənin ordusu və xalq komitələri Ərəbistanın Əlrəbuə şəhərinin nəzarətini ələ alıblar
Noy 07, 2015 16:04 Asia/Baku
-
Yəmənin ordusu və xalq komitələri Ərəbistanın Əlrəbuə şəhərinin nəzarətini ələ alıblar
Yəmənin ordusu və xalq komitələri qüvvələri şiddətli döyüşlərdən və Ərəbistanın Əlrəbuə şəhərindəki bir neçə hərbi mövqeyini məhv etdikdən sonra bu şəhəri və Ərəbistanın bütün hərbi zirehli avtomobilləri və təchizatlarını ələ keçiriblər.
Əlməsirə informasiya kanalının məlumatına görə, dünən hərbi təchizatlar və düşərgələrin gülləbaran edilməsi nəticəsində alov şölələri və qatı tüstü yüzlərlə ərəbistanlı hərbçinin öz avtomobilləri və zirehli transportyorlarını qoyub qaçmasına səbəb olub.Bu əməliyyatda onlarla ərəbistanlı hərbçi yəmənli qüvvələrin əsirliyinə keçib və bu məsələ nəticəsində Ali-Səud rejimi son dərəcə dəhşət və qorxuya düşübdür.
Əlməsirə informasiya kanalı dünən gecə Yəmənin ordusu və xalq komitələri qüvvələrinin qələbələri, Əlrəbuə şəhərinin süqut etməsi və bu qüvvələrin Ərəbistanın hərbi mövqelərinə qarşı hücumu, eləcə də onlarla səudiyyəli hərbçinin qaçmasına dair 28 dəqiqəlik bir film nümayiş etdiribdir. Bu film göstərir ki, yəmənli qüvvələr xüsusi bir əməliyyatda səudiyyə hərbçilərinin öz mövqelərindən qaçmalarından sonra Ərəbistanın modern silah anbarları və hərbi mövqeləri ilə əhatə olunmuş bu şəhərin bütün küçələri və ətraf məntəqələrini öz əllərinə keçiriblər.
Yəmən ordusunun bu xüsusi əməliyyatı Əlrəbuə məntəqəsində Ərəbistan ordusuna ağır zərbə endiribdir.
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin Ərəbistanın fərari hərbçilərini təqib etmək üzrə addımları səudiyyə ordusunun sıralarına vəlvələ salıbdır.
Yəmənli qüvvələrin zenit atəşləri nəticəsində aradan çıxan Ərəbistanın "Apaçi" vertolyotlarının uçuşlarına rəğmən, Yəmən bayraqları Əlrəbuənin küçələrində dalğalanıbdır.
Teqlər