Livanın xarici işlər naziri ərəb ölkələrinin birliyini vurğulayıb
Noy 10, 2015 11:15 Asia/Baku
-
Livanın xarici işlər naziri ərəb ölkələrinin birliyini vurğulayıb
Livanın xarici işlər naziri Cubran Basil "İsrail rejimi bayrağının Məsciduləqsa üzərində dalğalanmasına icazə verməməliyik" deyərək, vurğulayıb: Terrorizm bəlası, xüsusən İsrail rejiminin dövlət və mütəşəkkil terrorizmi ilə qarşılaşmaq üçün ərəb ölkələrinin birliyinə ehtiyac duyuruq.
IRNA-nın məlumatına görə, Basil Ərriyad-da Ərəb Liqası ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclasında əlavə edib: Bütün fələstinli didərginlər və mühacirlərin özlərinin əsil ölkələrinə geri dönmələri və müvəqqəti surətdə yaşadıqları ölkələrdə onlar üçün alternativ vətənin yaradılması fitnəsinə son qoyulması Livanın vurğuladığı məsələdir.Basil Fələstin bayrağının BMT-də dalğalanması üçün ölkələrin Nyu-Yorkdakı müqavimətini vəhdətdən uğurlu bir nümunə adlandırıb və belə deyib: Bu gün həm öz vəhdətimizlə İsrail rejimi bayrağının Məsciduləqsa üzərində dalğalanmasına mane olmalı, həm də terrorizmin ərəb ölkələrində yayılmasının qarşısını almalıyıq.
Livanın xarici işlər naziri əlavə edib: Fələstinliləri dəstəkləməli və onlara Fələstin ölkəsinin təşkili üçün ümidvarlıq verməliyik, nəinki onları zorakılıq və məyusluqla dolu, qaranlıq siyasi üfüq qarşısında tək qoymuş olaq.