Sionistlər Qəzzənin amerikan bombalarla dağıdıldığını etiraf ediblər
Noy 10, 2015 13:51 Asia/Baku
Sionist rejim Qəzzə zolağının amerikan SDB bombaları ilə dağıdıldığını etiraf edib.
Sionist rejimin ikinci telekanalı bildirib ki, bu rejim ordusu amerikalı "Biyunq" şirkətinin düzəltdiyi SDB bombaları ilə Qəzzə zolağını dağıdıbdır. Bu sionist telekanal qeyd edib ki, Təl-Əviv bu bombaları 2006-cı ildə Amerikadan satın alıb və 2011-ci ildə onu F-15 və F-16 qırıcılarında quraşdırıbdır.Bu məlumata görə, diqqət qüdrətinə və son dərəcə yüksək dağıdıcılığa malik olan amerikan SDB bombası GBS sistemi ilə istiqamətləndirilir ki, sionist rejim ondan ilk dəfə 51 günlük Qəzzə savaşında istifadə edib.
250 funt çəkiyə malik olan SDB bombaları dəqiq istiqamətləndirilən sursatlar sırasında dururlar ki, məsafə rejimində sabit və mütəhərrik vəziyyətlərdə məhvetmə üstünlüklü malik dağıdıcılıq qabiliyyətinə malikdirlər.
Sionist rejim 2014-cü ilin iyulunda 51 günlük Qəzzə savaşında yer, hava və dənizdən Qəzzə zolağını bomba və raket hədəfinə aldı və Qəzzədəki bir çox ev, xəstəxana və məktəbi yerlə yeksan etdi.
Sionist rejimin bombardmançı təyyarələrinin Qəzzəyə qarşı təcavüzləri zamanı 19 mindən çox ev dağıdıldı, 100 min fələstinli evsiz-eşiksiz qaldı və bir neçə xəstəxana yerlə yeksan edildi.
Bu savaşda habelə 2200 fələstinli, o sıradan 577 uşaq şəhid oldu.