Noy 11, 2015 17:02 Asia/Baku
  • 20 min nəfər Türkiyənin Silvan şəhərini tərk edib
    20 min nəfər Türkiyənin Silvan şəhərini tərk edib

Türkiyə hərbi qüvvələri ilə Kürdüstan Fəhlə Partiyası PKK üzvləri arasında toqquşma Türkiyənin Diyarbəkir vilayətinin kürdsakinli Silvan sakinlərindən 20 min nəfəri bu şəhəri tərk edib.

Səhər Beynəlxalq Televiziyasının Milliyyət qəzetinə istinadla verdiyi məlumata görə, Silvan şəhərində Türkiyə hərbi qüvvələri və PKK üzvləri arasında əməliyyat davam edir və bu şəhərdə yüzlərlə mənzil və iş yeri dağılıb və tamamilə yararsız hala gəlib.
Bu məlumata görə, bu şəhərin üç hissəsində elektrik və su kəsilib və hətta bu məntəqələrə çörək göndərmək də mümkün deyil.
Milliyyət qəzetinin yazdığına görə, Silvan şəhəri məktəblərində təhsil mümkün deyil və hətta məscidlərə də getmək olmur.
İki ay öncədən indiyə qədər Silvan şəhərinin müxtəlif məkanlarında müxtəlif səviyyələrdə hərbi hökumət elan olunub və 9 ay öncədən indiyə qədər bu şəhərin üç bölgəsində hərbi hökumət bərqərardır.
Ötən üç ay ərzində Türkiyə hərbi qüvvələri ilə PKK üzvləri arasında qarşıdurmaların yenidən başlanması ardınca, rəsmi məlumatlara görə, minlərlə PKK üzvü öldürülüb.
Bu müddətdə həmçinin 200-dən çox Türkiyə qüvvəsi həlak olub.

Teqlər