Yəmən ordusu Təizdə təcavüzkarlara ağır zərbələr endirdi
Noy 12, 2015 08:05 Asia/Baku
-
Yəmən ordusu Təizdə təcavüzkarlara ağır zərbələr endirdi
Yəmən ordusu və xalq qüvvələri Təizdə Səudiyyə Ərəbistanı və onun muzdlularına ağır zərbələr endiriblər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Yəmən ordusu və xalq qüvvələri Babul-Məndəb yaxınlığında Dubar sahil cəbhəsi və əl-Zibab məntəqəsində analoqu olmayan əməliyyatı icra edərək silahlı qruplaşmalara ağır zərbələr endiriblər.Bundan əlavə Yəmən ordusu Misrah bölgəsinə nəzarəti ələ keçirib və cənubda əl-Səbr məntəqsinə silahlı qruplara yardım yollarını kəsib.
Təiz Prezident Sarayı və əl-Cəhməliyyə məntəqəsində ağır toqquşmalar baş verib və onlarla silahlı öldürülüb.
Yəmənin Ali İnqilab Komitəsinin rəhbəri BMT baş katibinə məktub ünvanlayaraq bu təşkilatın Ərəbistanın Yəmənə hərbi təcavüzünün dayandırılması üzrə məsuliyyət daşıdığını bildirib.
Məhəmməd Əli əl-Husi BMT baş katibi Ban Ki Muna məktubunda bildirib: Yəmənə hərbi təcavüz, müharibəyə və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənə qarşı cinayətlərinə son qoymaq məsuliyyəti BMT və Təhlükəsizlik Şurasının üzərindədir.
Yəmənin Ali İnqilab Komitəsinin rəhbəri Ban Ki Muna etiraz xarakterli məktubunda Yəmən vətəndaşlarına qarşı cinayət törədənlərin mühakimə olunmasının zəruriliyini vurğulayaraq bildirib: Yəmən vətəndaşları BMT və onun baş katibinin beynəlxalq ictimaiyyətin alnında qara ləkə olan Səudiyyə rejiminin Yəmən xalqına qarşı cinayətlərinin dayandırılmasında öz vəzifəsini yerinə yetirməsini istəyirlər.
Yəmənin Ali İnqilab Komitəsinin rəhbəri BMT baş katibinə məktubunda əlavə edib: BMT və baş katibinin öz vəzifələrini yerinə yetirməsini istəyir və bu təşkilat və Təhlükəsizlik Şurasının Yəmənə təcavüzün dayandırılması, səudiyyəli-amerikalı koalisiyanın Yəmən xalqına qarşı cinayətlərinin araşdırılması və onun amillərinin cəzalandırılması üzrə məsuliyyətli olduğunu bildiririk.
Teqlər