Suriyalıların terrorçular qarşısındakı uğurları rezonans doğurub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199529-suriyalıların_terrorçular_qarşısındakı_uğurları_rezonans_doğurub
Suriya qüvvələrinin müxtəlif bölgələri terrorçulardan təmizləməsi üzrə səyləri davam etməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2015 12:08 Asia/Baku
  • Suriyalıların terrorçular qarşısındakı uğurları rezonans doğurub
    Suriyalıların terrorçular qarşısındakı uğurları rezonans doğurub

Suriya qüvvələrinin müxtəlif bölgələri terrorçulardan təmizləməsi üzrə səyləri davam etməkdədir.

Səhər Beynəlxalq Televiziyasının əl-Əxbariyyə telekanalına istinadla verdiyi məlumata görə, Suriya ordusu qüvvələri bu ölkənin cənubunda Dəməşq vilayətinin Şərqi Qutə bölgəsində irəliləyərək Mərc əs-Sultanın cənubunda Məhali bölgəsi və onun ətrafındakı ərazilərə nəzarəti ələ keçiriblər.
Suriya qüvvələri həmçinin cənubda Dəra vilayətində terrorçuların toplaşdığı məkana hücum edərək terrorçulara ağır zərbələr endiriblər. Nəticədə çoxlu sayda terrorçu öldürülüb.
Suriyanın mərkəzində Homsda da ordu qüvvələri Deyr Məəla, Umq əl-Həva, Palmira-Bəyarat yolu, Hilaliyyə əkin sahələri, Huş əl-Zibadi və Amiriyyədə terrorçuların mövqelərini hədəfə alıb və onlarla terrorçunu öldürüblər.
Suriya ordusu Həmada da terrorçuların mövqeləri, eləcə də onların Kəfər Zita, Sərcə və əl-Səyyad mehvərlərindəki mövqelərini atəşə tutublar. Bu hücumlar onlarla terrorçunun məhv edilməsi ilə nəticələnib.
Həmçinin Suriyanın şimalında Hələbin cənub-qərb ətrafında ordu qüvvələri Ümm Kəhlə kəndinə nəzarəti tam ələ keçirib və əl-Hazirdə terror qruplaşmalarının mühasirəsini daha da kiçildiblər.
Laziqiyyənin şimal-şərqində də Suriya qüvvələri irəliləyərək öz mövqelərini möhkəmlədib və bir sıra təpə və strateji məkanı ələ keçiriblər. Bu hücumlarda da terrorçuların bir çox hərbi istehkamı və mövqeyi məhv edilib və bir qrup terrorçu da öldürülüb.
Suriya ordusunun qələbələrinin artması ilə yanaşı bu ölkənin müdafiə naziri Həma və Laziqiyyədə ordu qüvvələrinə baş çəkib.
Terrorçuların geniş şəkildə məğlubiyyətlərinin ardınca, əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının səudiyyəli başçısı Abdulla əl-Möhsini də ictimai şəbəkələrdəki öz səhifəsində təkfirçi qruplaşmaların Hələbin ətrafındakı terrorçulara dərhal yardım etmələrini istəyib.
Suriyanın baş müftisi bu ölkənin şimalında Koyres hava limanının mühasirəsinin yarılmasını suriyalı qüvvələrin müqaviməti və qüdrətinin göstəricisi adlandırıb.
Suriyanın şimal sakinləri aksiya keçirərək bu ölkə ordusunun terrorçularla mübarizədəki uğurlarına dəstəklərini elan ediblər.
Suriyalılar, əsasən də Hələb şəhərinin əsas meydanlarına toplaşaraq Suriya ordusunun terrorçular qarşısında mübarizəsini alqışlayıb və Koyres hava limanının mühasirəsinin yarılmasından razılıq edərək bildiriblər: Suriya ordusunun terrorçular qarşısında tam qələbəsinə inanırlar.