Sionistlərin Məsciduləqsaya qarşı hörmətsizlikləri davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199626-sionistlərin_məsciduləqsaya_qarşı_hörmətsizlikləri_davam_edir
Onlarla sionist qəsəbə sakini sionist hərbçilərin dəstəyi ilə Məsciduləqsaya hücum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2015 11:59 Asia/Baku
  • Sionistlərin Məsciduləqsaya qarşı hörmətsizlikləri davam edir
    Sionistlərin Məsciduləqsaya qarşı hörmətsizlikləri davam edir

Onlarla sionist qəsəbə sakini sionist hərbçilərin dəstəyi ilə Məsciduləqsaya hücum edib.

Türkiyənin Anadolu xəbər agentliyinin məlumatına görə, bu məscidin xüddamları bazar günü səhər təqribən qırx sionist qəsəbə sakininin hücumları qarşısında müqavimət göstəriblər.
Bu məlumata görə, sionist qəsəbə sakinləri İsrail rejiminin çoxlu sayda polis qüvvəsinin dəstəyi ilə Babulməğaribədən Məsciduləqsaya daxil olub və onun müxtəlif ərazilərində fələstinli namazqılanlara qarşı təhrikedici rəftarlar ediblər.
Bununla bağlı, sionist hərbçilər bazar günü Əlxəlil vilayətində azı on iki fələstinlini həbs ediblər.