Yəmən ordusu Ərəbistan təcavüzkarlarına ağır zərbələr endirdi
Noy 16, 2015 07:12 Asia/Baku
-
Yəmən ordusu Ərəbistan təcavüzkarlarına ağır zərbələr endirdi
Yəmən ordusunun Ərəbistanın Cizan vilayətində iki hərbi bazaya qarşı raket hücumlarında bir qrup Ərəbistan hərbçisi ölüb və yaralanıb.
Yəmənin Müdafiə Nazirliyi Ərəbistanın Cizan vilayətində yerləşən əl-Xucrə və əl-Səmfəq hərbi bazalarına edilən raket hücumlarında bir qrup Ərəbistanlı hərbçinin ölməsi və yaralanmasından xəbər verib.Həmçinin, Yəmənin bir hərbi mənbəyi Ərəbistanın Nəcran vilayətində, əl-Şərəfə bazasına edilən hücumda bir tankın məhv edilməsi və tankda olan hərbçilərin öldürülməsindən xəbər verib.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcılarının Yəminin Təiz vilayətinin qərbində, əl-Əyar məntəqəsinə olan hücumları bir neçə nəfərin ölməsi və yaralanmasına səbəb olub.
Əl-Aləm kanalı da bildirir: Ərəbistan qırıcıları Yəmənin Sədə, Məarib və əl-Cəvf vilayətlərini bombardman ediblər. Bu hücumlar ciddi dağıntılara və insan tələfatına yol açıb. Yəmənin ordusu və xalq komitələri qüvvələri də Ərəbistan ordusunun Nəcran, Əsir və Rəbuə məntəqələrindəki mövqelərini hədəfə alıblar.
Teqlər