Noy 17, 2015 17:41 Asia/Baku
  • İŞİD-in İmam Hüseyn (ə) zəvvarlarına qarşı hərəkətləri zərərsizləşdirilib
    İŞİD-in İmam Hüseyn (ə) zəvvarlarına qarşı hərəkətləri zərərsizləşdirilib

İraqın Daxili İşlər Nazirliyi paytaxt Bağdadda İmam Hüseyn (ə) Ərbəini zəvvarlarına hücum niyyətində olan bir terror dəstəsinin zərərsizləşdirildiyini bildirib.

Səhər Beynəlxalq Televiziyasının İraqın Va Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İraqın Daxili İşlər Nazirliyi çərşənbə axşamı günü bir bəyanatda İraqın təhlükəsizlik qüvvələrinin İmam Hüseyn (ə) Ərbəini mərasiminin keçirilməsi üçün tam hazır vəziyyətdə olduğunu qeyd edərək bildirib: Əldə olunan məlumatlara əsasən təhlükəsizlik qüvvələri Əl-Durə və Mahmudiyyə məntəqələrində İmam Hüseyn (ə) zəvvarlarına hücum niyyətində olan İŞİD terror qruplaşmasına bağlı 7 nəfərlik bir terror dəstəsini zərərsizləşdiriblər.
İraq DİN bəyanatında əlavə edib: Bu terror dəstəsinin 6 üzvü Bağdadın cənubunda əl-Durə məntəqəsi yaxınlığında iki həftə həbs olunub, biri isə qaçıb.
Bu arada İraq təhlükəsizlik qüvvələri Bağdadın cənubunda əl-Yusifiyyə məntəqəsində İŞİD-ə aid silah-sursat anbarını aşkarlayaraq zəbt ediblər.
İraq təhlükəsizlik dairələri bildiriblər: İŞİD terrorçuları bu anbardakı silah-sursatlardan Ərbəin mərasimində İmam Hüseyn (ə) zəvvarlarına hücum üçün istifadə etməyi planlaşdırırmışlar.
Çərşənbə günü 2 dekabr 20 səfər 1437-ci hicri qəməri ilə dünya şiələrinin 3-cü imamı şəhidlər sərvəri Həzrət Əba Əbdillahil-Hüseyn (ə) ərbəinidir.

Teqlər