Səudiyyəlilərin Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir
Noy 18, 2015 16:48 Asia/Baku
-
Səudiyyəlilərin Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir
Ali-Səud rejimi qırıcı təyyarələri hələ də Yəmənin müxtəlif bölgələrini bombardman edirlər.
Səhər Beynəlxalq Televiziyasının Yəmənin Səba İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Səudiyyəli qırıcı təyyarələr Yəmənin cənub-qərbində Təiz vilayətinin müxtəilf bölgələrini bombalayıblar. Bu hücumlar nəticəsində bir neçə yəmənli həlak olub və yaralanıb.Səudiyyəli qırıcılar həmçinin Marib vilayətinin əl-Səruh məntəqəsini hədəfə alıblar. Nəticədə 3 yəmənli həlak olub, 7 nəfər də yaralanıb.
Səudiyyəli qırıcıların Sədə və Həccə vilayətlərinə hücumlarında yaşayış massivlərinə xəsarətlər dəyib.
Ərəbistan bəzi ərəb ölkəsi və Amerika ilə əlbir olaraq 26 martdan Yəmənə irimiqyaslı hücumlara başlayıb. Ərəbistanın məqsədi Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaqdır. Bu hücumlar nəticəsində indiyə qədər təxminən 22 min nəfər, o cümlədən qadın və uşaqlar həlak olmuş və yaralanmışdır.
Teqlər