Kərbəlada təhlükəsizlik tədbirləri gücləndirilib
Noy 18, 2015 21:03 Asia/Baku
İraqın təhlükəsizlik rəsmisi Kərbəlada Həzrət İmam Hüseyn (ə) zəvvarlarının təhlükəsizliyinin təmin edilməsi üçün təhlükəsizlik tədbirlərinin artdığını bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Kərbəla vilayəti təhlükəsizlik komitəsinin rəisəvəzi Hüseyn Əli əl-Yəsari İRNA-ya verdiyi müsahibədə Hüseyn (ə) ərbəini mərasiminin keçirilməsi üçün İraq təhlükəsizlik qüvvələrinin hazır vəziyyətdə olduğunu bildirib: Kərbəla şəhərinin təhlükəsizliyi bu il terrorçular tərəfindən ehtimal üzrə minaatanlardan istifadə olunmasının qarşısının alınması üçün 50 kilometrə qədər genişlənib.Kərbəla şəhəri daxili və kənarında Ərbəin ziyarətindən öncə önləyici təhlükəsizlik əməliyyatlarının icra olunmasına toxunan Hüseyn Əli əl-Yəsari deyib: Təhlükəsizlik qüvvələri Kərbəla şəhərinin mərkəzindən 80 km aralıda Zərarə gölü adlanan məntəqədə müəyyən miqdarda güllə, raket və sursat aşkarlayıb və zəbt ediblər.
Bu arada Kərbəla polisinin ictimai əlaqələr şöbəsinin rəisi Əla əl-Qanimi deyib: İraq könüllü qüvvələri önləyici addım olaraq terrorçu qruplaşmaların nüfuz edə biləcək bütün məntəqələrini bağlayıblar.
Kərbəlada Ərbəin mərasimi üzrə builki təhlükəsizlik proqramında 30 mindən çox təhlükəsizlik və hərbi qüvvə iştirak edəcək.