ABŞ prezidenti Bəşşar Əsədin kənarlaşdırılması planından peşmanlayıb
Noy 19, 2015 19:33 Asia/Baku
Virciniya ştatının senatoru bildirib ki, Vaşinqton Suriya prezidenti Bəşşar Əsədin iqtidardan kənarlaşdırılması planından peşmandır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, respublikaçı senator Riçard Blok deyib: Suriyada müharibə o zaman sona çatacaq ki, silahlı terrorçulara xarici dəstək dayandırılsın.Blok deyib: ABŞ Rusiyanın Suriya ordusuna köməklərinin qarşısını almaq məqsədilə ifratçı qrupları modern silahlar və tanklarla təchiz etməklə yanlış prizmanı izlədi. Çünki bu prizmanın daha çox günahsız insanın qurban olmasından başqa nəticəsi olmayacaq. Eyni zamanda Amerika Bəşşar Əsədin kənarlaşdırılması planından peşmandır.
Amerikalı senator xatırladıb: ABŞ Səudiyyə Ərəbistanına tank əleyhinə raketlər və digər silah-sursatlar verdi. Lakin bu silah-sursatlar sonradan Suriyada terrorçular üçün göndərildi.
Blok deyib: ABŞ birbaşa və yaxud Səudiyyə Ərəbistanı vasitəsi ilə tank əleyhinə raketləri terrorçulara verib.
Qeyd edək ki, ötən bir neçə həftədə Hələb və onun ətrafına 500 hava əleyhinə Tovv raketi göndərilib və Ərəbistan bu silahları terrorçulara verib.