Ərəbistanın Yəmənə olan hücumlarında ölü və yaralı sayı 23 000 nəfərə çatdı
Noy 20, 2015 10:58 Asia/Baku
-
Ərəbistanın Yəmənə olan hücumlarında ölü və yaralı sayı 23 000 nəfərə çatdı
Ərəbistanın Yəməndəki cinayətlərinin monitorinqi koalisiyası indiyə kimi Ərəbistanın Yəmənə olan hücumlarında 7000-dən çox insanın həlak olduğunu bildirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistanın Yəmənə qarşı cinayətlərinin monitorinqi koalisiyası bir hesabat yayaraq, 26 mart tarixindən başlayaraq, bu günə qədər Ərəbistanın Yəmənə olan hücumlarında 7495 nəfərin həyatını itirdiyini və 16058 nəfərin yaralandığını bildirib.Ərəbistanın cinayətlərinin monitorinqi koalisiyasının hesabatında həmçinin deyilir: Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiya Yəmənə qarşı 225 günlük hücumları zamanı 14 hava limanı, 108 elektrik stansiyası və yarımstansiyası, 340 körpü və yol, 105 su anbarını hədəfə alıb.
Teqlər