Ərəbistan Yəməndə 23 tarixi əsəri məhv edib
Noy 21, 2015 13:37 Asia/Baku
-
Ərəbistan Yəməndə 23 tarixi əsəri məhv edib
Yəmənin Tarixi Əsərlər və Muzeylər Baş İdarəsi Ərəbistanın bu ölkəyə olan hücumları zamanı 23 tarixi əsəri məhv etməsindən xəbər verib.
Yəmənin rəsmi xəbər agentliyi Səba-nın verdiyi məlumata görə, Yəmənin Tarixi Əsərlər və Muzeylər Baş İdarəsi 2015-ci ilin martından Ərəbistanın Yəmənə qarşı başlatdığı hücumlarda çoxlu sayda tarixi əsərin məhv edilməsinə işarə edərək, bildirib: İndiyə kimi Ərəbistanın hücumları nəticəsində 6 tarixi şəhər, 6 qala, 3 muzey, 2 məscid, 4 saray və ölkənin digər məntəqələrində o cümlədən paytaxt Səna, Məarib, Ədən və Sədə vilayətlərində bir sıra digər tarixi əsərlər məhv edilib.Bundan öncə Yəmən İnqilabı Ali Komitəsinin sədri Məhəmməd Əli əl-Husi Ərəbistan qırıcılarının Yəmənə olan hücumlarının əsas məqsədini terrorçuları himayə adlandırıb və BMT-nin Yəməndə insan haqları üzrə kordinatoru Con Qanqdan istəyib ki, hücuma məruz qalmış şəhərlərə səfər edərək, dağıntıların miqyası ilə yaxından tanış olsun.
Ərəbistan bəzi ərəb ölkələri ilə birlikdə və ABŞ-ın yaşıl işığı ilə Yəmənə qarşı geniş hücumlara başlayıb. Bu hücumlarda məqsədini Yəmənin istefada olan fərari prezidenti Əbdürrəbbə Mənsur Hadinin hakimiyyətə qaytarılması olduğu bildirilir. İndiyə kimi bu hücumlarda minlərlə nəfər ölüb və yaralanıb. On minlərlə nəfər isə didərgin düşüb.
Teqlər