Bəşşar Əsəd Ərəbistan, Türkiyə və Qətərin İŞİD-i birbaşa himayə etdiklərini deyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199908-bəşşar_Əsəd_Ərəbistan_türkiyə_və_qətərin_İŞİd_i_birbaşa_himayə_etdiklərini_deyib
Suriya prezidenti Türkiyənin prezidenti və baş nazirinin terrorçu İŞİD qrupunu birbaşa himayələrinə toxunaraq, vurğualyıb ki, Ankara, Doha və Ərriyad bu təkfirçi qrupun dayaq nöqtələridirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2015 11:59 Asia/Baku
  • Bəşşar Əsəd Ərəbistan, Türkiyə və Qətərin İŞİD-i birbaşa himayə etdiklərini deyib
    Bəşşar Əsəd Ərəbistan, Türkiyə və Qətərin İŞİD-i birbaşa himayə etdiklərini deyib

Suriya prezidenti Türkiyənin prezidenti və baş nazirinin terrorçu İŞİD qrupunu birbaşa himayələrinə toxunaraq, vurğualyıb ki, Ankara, Doha və Ərriyad bu təkfirçi qrupun dayaq nöqtələridirlər.

O, Çinin Foniks telekanalı ilə müsahibədə bildirib ki, terrorçu İŞİD qrupunun qüdrəti Türkiyənin prezidenti və baş naziri Rəcəb Tayyıb Ərdoğan və Əhməd Davudoğlunun birbaşa himayələrindən qaynaqlanır.
Suriya prezidenti terrorizmin məhvi üçün heç bir zaman cədvəlinin mövcud olmadığını qeyd edərək, bildirib ki, bu məsələnin səbəbi, yalnız quru meydanında irəliləmə ilə bağlı deyil, həm də digər ölkələrin terrorizmə verdikləri dəstək ilə əlaqədardır.
O, vurğulayıb: Qərbin siyasətlərini bürümüş və əvəzini bizim ödədiyimiz mənəvi tənəzzül islah olunmalıdır.