Daha 3 fələstinli şəhid oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199936-daha_3_fələstinli_şəhid_oldu
Sionist rejim hərbçilərinin hücumları daha 3 fələstinlinin şəhid olması ilə nəticələndi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2015 08:47 Asia/Baku
  • Daha 3 fələstinli şəhid oldu
    Daha 3 fələstinli şəhid oldu

Sionist rejim hərbçilərinin hücumları daha 3 fələstinlinin şəhid olması ilə nəticələndi.

İsrail hərbçilərinin fələstinlilərə qarşı hücumlarının davamında daha 3 fələstinli şəhid olub.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Nablosun cənubunda bir fələstinli qız sionist rejim hərbçiləri tərəfindən hədəfə alınaraq, şəhid edilib. Digər iki fələstinli gənc isə Qüds və əl-Xəlil şəhərlərində İsrail hərbçiləri tərəfindən güllələnərək, şəhid edilib.
Bu 3 fələstinlinin şəhid olması ilə Qüds İntifazəsi şəhidlərinin sayı 100 nəfərə çatıb.
Həmçinin, dünən Qərb Sahilində onlarla fələstinli sionist rejim hərbçiləri tərəfindən həbs edilib.
Digər tərəfdən, bir fələstinli gənc sionist rejim hərbçilərinin cinayətlərinə cavab olaraq, Beyt Ləhm-in cənubunda soyuq silah ilə bir sionist qəsəbə sakininə hücum edərək, onu qətlə yetirib.
Bu sionistin ölməsi ilə Qüds İntifazəsi ərzində öldürülən sionistlərin sayı 19-a yüksəlib.