Yəmən sahillərində səudiyyəlilərin beş hərbi gəmisi məhv edilib
Noy 25, 2015 17:45 Asia/Baku
-
Yəmən sahillərində səudiyyəlilərin beş hərbi gəmisi məhv edilib
Yəmən ordusunun raket bölməsi dünən Təiz vilayətinin sahillərində, Əlməxa məntəqəsində təcavüzkarlara aid bir hərbi gəmini hədəfə alıb və onu məhv edə bilibdir. Bu, Yəmənin ordusu və xalq qüvvələri tərəfindən iki aydan az bir müddətdə məhv edilən beşinci təcavüzkar hərbi gəmisidir.
Əlməsirə telekanalının məlumatına görə, bir hərbi mənbə deyib: Digər tərəfdən, düşmən qüvvələrinə aid üç hərbi qayıq da məhv edilib.Belə bir halda, yəmənli qüvvələrin düşmənin hərbi gəmilərinə qarşı əməliyyatı düşmənin Yəmənin qərb sahillərindəki qüdrətinin zəifləməsinə səbəb olub. Təcavüzkarların tabeliyində olan medialar bundan öncə etiraf etmişdilər ki, onların dəniz qüvvələri şiddətli hücumlara məruz qalıblar.
Teqlər