Bəhreyn xalqı zalımcasına hökmlərin verilməsinə etiraz edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200232-bəhreyn_xalqı_zalımcasına_hökmlərin_verilməsinə_etiraz_edib
Bəhreyn xalqı bazar günü etiraz aksiyası keçirərək, bu ölkənin siyasi fəallarına qarşı edam hökmlərinin çıxarılmasını pisləyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2015 07:37 Asia/Baku
  • Bəhreyn xalqı zalımcasına hökmlərin verilməsinə etiraz edib
    Bəhreyn xalqı zalımcasına hökmlərin verilməsinə etiraz edib

Bəhreyn xalqı bazar günü etiraz aksiyası keçirərək, bu ölkənin siyasi fəallarına qarşı edam hökmlərinin çıxarılmasını pisləyibdir.

"Sahə Əl-Manama" portalının məlumatına görə, aksiyaçılar şüarlar verərək, bu ölkə məhkəmələri tərəfindən çıxarılmış hökmləri zalımcasına adlandırıb və Bəhreyndə Əlvifaq cəmiyyətinin rəhbəri olan Şeyx Əli Salman başda olmaqla dini məhbusların azadlığa buraxılmalarını istəyiblər.
Bəhreyn 2011-ci ilin 14 fevralından hakim rejimə və bu ölkə xalqına qarşı dini ayrı-seçkiliklərin tətbiq olunmasına qarşı xalq etirazları səhnəsidir. Həmin etirazlar gedişində Ali-Xəlifə rejimi indiyədək bu ölkə vətəndaşları üçün müxtəlif hökmlər, o sıradan edam, uzunmüddətli həbslər və Bəhreyn vətəndaşlarının vətəndaşlıqlarının ləğvi hökmlərini veribdir.