Bəşşar Əsəd terrorizmə dəstəyin dayandırılmasını vurğuladı
Dek 02, 2015 13:11 Asia/Baku
Suriya prezidenti qərb və ərəb ölkələrinin terrorizmə dəstəyinin dayandırılmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Bəşşar Əsəd Çexiya Respublikası televiziyası ilə müsahibədə deyib: Sülh və stabilliyin Suriyaya qaytarılması üçün qərb ölkələri, o cümlədən Fransa, İngiltərə, ABŞ və ərəb ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı və Qətər terrorçulara dəstəyi dayandırmalı və terrorçuların Türkiyə ərazisindən Suriyaya ezam olunmasının qarşısını almalıdırlar.Bəşşar Əsəd Türkiyənin Rusiya qırıcısını vurması barədə deyib: Rusiyanın Suriya ərazisində İŞİD terror qruplaşmasının mövqelərinə son hücumları və bu ölkədə qüdrət tarazlığının rəsmi Dəməşqin xeyrinə dəyişməsi Türkiyə baş nazirinin siyasi həyatının sona çatması mənasındadır. Buna görə, o Suriyada yerləşən terrorçulara dəstəyi davam etdirməklə bu ölkədə istənilən qələbənin reallaşmasına mane olmaq istəyir.
Suriya prezidenti həmçinin terror ünsürlərinin Avropaya daxil olmalarını reallıq adlandırıb və bildirib: İnternetdə yayımmlanan kadrlara baxdıqda, asanlıqla bəlli olur ki, Suriyada qırğınlar törədən bəzi terrorçular adi vətəndaş kimi Avropaya daxil olublar.