Suriya ordusu terrorçulara qarşı əməliyyat keçirib
Dek 02, 2015 19:28 Asia/Baku
-
Suriya ordusu terrorçulara qarşı əməliyyat keçirib
Suriya ordusunun bu ölkənin müxtəlif bölgələrində terrorçu qruplaşmaların mövqelərinə qarşı əməliyyatı davam edir.
Səhər Beynəlxalq Televiziyasının əl-Nəşrə xəbər portalına istinadla verdiyi məlumata görə, Suriya ordusu qırıcı təyyarələri bu gün Suveydanın şərqində İŞİD terror qruplaşmasının mövqelərinə hücum ediblər. Nəticədə çoxlu sayda terrorçu öldürülüb və bu qruplaşmaya ağır xəsarət vurulub.Suriya ordusu həmçinin Hələbin şimalında İŞİD-in mövqelərinə hücum edib.
Həmçinin Suriya ordusu ölkənin şimal-şərqində Laziqiyyə ətrafında irəliləyişlər əldə edib. Bu bölgələrə Rusiya ordusunun qırıcı təyyarələri zərbələr endirirlər.
Suriya ordusu həmçinin Ərafit, əl-Təhta, Ruveysə, Şeyxu və Kətf əl-Səlat kəndlərinə nəzarəti ələ keçirib.
Suriya ordusu və xalq qüvvələri Rusiyanın bombardmançı təyyarələrinin dəstəyi ilə son aylarda terrorçu qruplaşmalarla mübarizədə gözə çarpacaq nailiyyətlər əldə ediblər.