Kərbəlada beş kamikadze terrorçu öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200350-kərbəlada_beş_kamikadze_terrorçu_öldürülüb
İmam Hüseyn(ə) ərbəininin piyada zəvvarlarını hədəfə almaq niyyətnidə olan beş terrorçu İraqın Hizbullah batalyonlarının sayıqlığı ilə öldürülübdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2015 06:44 Asia/Baku
  • Kərbəlada beş kamikadze terrorçu öldürülüb
    Kərbəlada beş kamikadze terrorçu öldürülüb

İmam Hüseyn(ə) ərbəininin piyada zəvvarlarını hədəfə almaq niyyətnidə olan beş terrorçu İraqın Hizbullah batalyonlarının sayıqlığı ilə öldürülübdür.

IRIB-nin məlumatına görə, İraqın Hizbullah batalyonlarının sözçüsü Cəfər Əl-Husəyni deyib ki, bu terrorçular partlayış qurşağını bellərinə bağlayaraq, ərbəin zəvvarlarına qoşulmaqla özlərini Kərbəla ətrafındakı izdihamlı məntəqələrdə partlatmaq istəyiblər, amma Kərbəla ətrafının təhlükəsizliyi məsuliyyətini daşıyan İraqın Hizbullah batalyonları bu terror planını aşkarlayıb və bir saatlıq toqquşmadan sonra onların hamısını öldürə biliblər.
Ötən iki gündə də İraqın Daxili İşlər Nazirliyinin qüvvələri Bağdadda və onun ətrafında dörd kamikadze terrorçunu öldürüblər.