Yəmənin qərbində anti-səudiyyə aksiyası
Dek 03, 2015 08:27 Asia/Baku
-
Yəmənin qərbində anti-səudiyyə aksiyası
Yəmən vətəndaşları Ərəbistanın başçılıq etdiyi təcavüzkarların ölkələrinə hücumlarına etiraz olaraq, aksiya keçiriblər.
Əlməsirə telekanalının məlumatına görə, Yəmənin qərbindəki Zəmar vilayətinin müxtəlif məntəqələrinin sakinləri çərşənbə günü aksiya keçirərək, Ərəbistanın başçılıq etdiyi təcavüzkarların ölkələrinə qarşı hücum və cinayətlərinə etiraz ediblər.Zəmar şəhərinin sakinləri əllərində plakatlar tutaraq, infrastruktur təsisatlar, xidmət və tədris müəssisələri, eləcə də uşaq və qadınlar daxil olmaqla Yəmən ictimaiyyətinin bütün təbəqələrinin heç bir fərq qoyulmadan hədəfə alındıqları təcavüzkarların hücumlarını pisləyiblər.
Aksiyaçılar həmçinin dünya ictimiyyətinin Ərəbistanın Yəmənə qarşı hücumları qarşısında susmasını tənqid edərək, bu hücumların dayandırılmasını istəyiblər.
Yəmən vətəndaşları vurğulayıblar ki, bütün hücum və təcavüzlərə rəğmən, Yəmən xalqı müttəfiq və vahiddir.
Zəmar vilayətinin "Mifəə Ənəs" məntəqəsindəki yəmənli qəbilələr də dünənki aksiyada iştirak edərək, təcavüzkarlarla mübarizədə Yəmənin ordusu və xalq qüvvələrini himayə etdiklərini vurğulayıblar.
Ərəbistan bəzi ərəb ölkələri və Amerikanın əlbirliyi ilə martın 26-dan Yəmənə qarşı geniş hücumlara başlayıbdır ki, bu ölkənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmış olsun, amma bu hücumların nəticəsi yalnız Yəmənin günahsız əhalisindən minlərlə nəfərin qırğın edilməsi olubdur.
Teqlər