Yəmənli qüvvələrin təcavüzkarlar qarşısında uğurları
Dek 05, 2015 13:47 Asia/Baku
-
Yəmənli qüvvələrin təcavüzkarlar qarşısında uğurları
Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın hərbi bazalarına hücum edərək, onlarla tank və zirehli maşını məhv ediblər.
Yəmənin "SədəPress" informasiya agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın qadağan edilmiş bombalardan istifadə etməsinə rəğmən, Nəcran, Cizan və Əsir sərhəd məntəqələrində Ərəbistanın hərbi bazalarına hücum edərək, bu məntəqələrə nəzarəti ələ keçiriblər.Yəmən ordusunun sözçüsü Şərəf Loğman da yəmənlilərin özlərini müdafiə üzrə qanuni haqlarından istifadə edərək, yeni taktikalardan faydalanmağa başladıqlarını deyib.
Bu arada Ərəbistan qırıcıları Yəmənin paytaxtı Səna şəhərində yerləşən Deyləmi hava bazasını 2 dəfə bombardman ediblər.
Ərəbistan qırıcıları həmçinin, Yəmənin cənubu və mərkəzində bir sıra məntəqələri bir neçə dəfə bombardman ediblər.
Teqlər