Ərəbistanın Yəmənin mərkəzi və qərbinə qarşı hava hücumu
Dek 06, 2015 16:07 Asia/Baku
-
Ərəbistanın Yəmənin mərkəzi və qərbinə qarşı hava hücumu
Ərəbistanın başçılığı altında olan təcavüzkarlar koalisiyası qırıcılarının Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları davam edir.
Əlməsirə informasiya kanalının məlumatına görə, bazar günü Ərəbistanın başçılığı altında olan təcavüzkarlar koalisiyası qırıcılarının Yəmənin mərkəzindəki Marəb vilayətində yerləşən Səruh məntəqəsinə qarşı hücumunda üç nəfər yaralanıb.Üç yəmənli də səudiyyə qırıcılarının Yəmənin qərbindəki Həccə vilayətində yerləşən Bəkil Əlmir məntəqəsinə qarşı hücumunda dünyasını dəyişib.
Yəmən ordusunun snayperləri də Ərəbistanın cinayətlərinin davam etməsinə cavabda Nəcran sərhəd şəhərindəki Əlşəbəkə bazasında yerləşmiş bir neçə səudiyyə hərbçisini öldürüblər.
Yəmənin ordu və xalq qüvvələri də Ərəbistanın Usəyr məntəqəsində yerləşən Məltə hava bazasını hədəfə alıblar ki, nəticədə səudiyyə hərbçiləri həmin məkandan qaçıblar.
Yəmənin ordu və xalq qüvvələri Ərəbistanın Cizan və Nəcrandakı bazalarını raket və mərmi atəşləri ilə darmadağın ediblər.
Teqlər