Ərəbistan yəmənlilərin dialoqunu pozub
-
Ərəbistan yəmənlilərin dialoqunu pozub
Yəmənin Ənsarullah hərəkatının baş üzvü Ərəbistanı yəmənli qrupların dialoqunun dayandırılması amili adlandırıb.
Əlməyadin telekanalının məlumatına görə, Yəmənin Ənsarullah hərəkatının baş üzvü Muhəmməd Əlbəxiti bu ölkə barədə Cenevrə-2 iclasında irəli sürülən ideyalar haqdakı müzakirələrin davam etməsinə toxunaraq, deyib ki, Ərəbistanın sabotajının ardınca Yəmən böhranının həlli üzrə yəmənlilər arasındakı daxili danışıqlar dayandı.
O, Cenevrə-1 iclasının məzmununu məzhəkə adlandırıb və BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi İsmayıl Vələd Əlşeyxin vasitəçiliyi haqda deyib ki, BMT-nin baş katibi onun qeyri-müvazinətli bir şəxsiyyət olduğunu dərk etməlidir.
Yəmənin Ənsarullah hərəkatının baş üzvü dekabrın yarısının Cenevrə-2 iclasının keçirilməsi üçün təyin edilməsini qeyri-icbari adlandırıb və bildirib ki, bu iclasa getməzdən öncə savaşın dayandırılması bir şərt deyil, amma bir istəkdir.